Kriştiano Ronaldo ildə 73 milyon qazanır
22 May 2014 Cümə Axşamı 15:23
Forbes ən çox qazanan futbolçuların adını açıqlayıb. Kriştiano Ronaldo ildə 73 milyon qazanır.
Dünyanın nüfuzlu jurnalı "Forbes" ən çox qazanan futbolçunun adını açıqlayıb. ANS PRESS-in məlumatına görə, siyahı hazırlanarkən burada oyunçuların gəlirinin qiymətləndirilməsi zamanı vergilərin çıxılmasına qədər məsələlər öz əksini tapıb. Futbolçuların gəlirləri hesablanarkən həmçinin əlavə bonuslar və sponsor gəlirləri də nəzərə alınıb. "Forbes"ın hesablamalarına əsasən, hazırki vəziyyətə görə, ən çox maaş alan futbolçu Kriştiano Ronaldodur.

"Real Madrid"in ulduz futbolçu maaş və bonuslar üzrə 49 milyon dollar, reklam gəlilərindən isə 24 milyon dollar əldə edib. Ümumilikdə bir ilə 73 milyon gəlir qazanan oyunçu kainatın ən çox qazanan futbolçusudur.

Siyahıda ikinci pillədə illik 65 milyon dollarlıq gəliri ilə Lionel Messi qərarlaşıb. "Barselona"ın ulduz futbolçusu maaş və bonuslar üzrə 42 milyon dollar, reklam gəlilərindən isə 23 milyon dollar qazanc əldə edib.

Üçüncü pillədə isə "PSJ"nin futbolçusu Zlatan İbrahimoviç yer alıb. O, bir ildə 34 milyon dollar pul qazanıb. Futbolçu bu pulun 30 milyon dollarını maaş və bonuslardan, 4 milyon dollarını isə reklamdan əldə edib.

"Barselona"ın digər ulduz futbolçusu Neymar siyahıda 28 milyon dollarlıq gəliri ilə 4-cü pillədədir. Neymar maaş və bonuslar üzrə 12 milyon dollar, reklam gəlilərindən isə 16 milyon dollar qazanc əldə edib.

Siyahının ilk beşliyinin sonuncusu "Monako" klubunun futbolçusu Radamel Falkaodur. Oyunçu bir ildə 26 milyon dollarlıq gəlir əldə edib. Futbolçu bu vəsaitin 23 milyon dollarını maaş və bonuslar üzrə, 3 milyon dollarını isə reklam gəlirləri üzrə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar