Karateçilərimiz Sloveniyanın açıq çempionatında iştirak edəcəklər
17 Sentyabr 2009 Cümə Axşamı 06:35
Bu gün başlayan yarışlarda ölkəmiz 7 idmançı ilə təmsil olunacaq
Azərbaycan idmançıları ənənəvi karate-do üzrə Sloveniyanın açıq çempionatında iştirak edəcəklər. Gənclər və İdman Nazirliyinin məlumatına görə, bu gün start götürəcək yarışda ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.
Sloveniya çempionatının medalları uğrunda Şamil Quliyev, Tural Kamallı, Elvin Əhmədli, Elmin Ağayev, Fəridə Əbiyeva, Səid Quliyev, Hüseynbala Allahverdiyev mübarizə aparacaqlar.
Yarış sentyabrın 21-dək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar