Karateçilərimiz dünya çempionatında iştirak edəcəklər
28 İyul 2009 Çərşənbə Axşamı 08:35
Full-kontakt karate və M1 döyüş sistemləri üzrə çempionat bu həftə başlayır

 

Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin idmançıları full-kontakt karate və M1 döyüş sistemləri üzrə dünya çempionatında iştirak edəcəklər. Çempionat avqustun 1-dən 3-dək Türkiyənin İstanbul şəhhərində keçirirləcək.

Azərbaycanın idman şərərfini yarışda  6 nəfər idmançı qoruyacaq. Bunlar Arzu Eyvazova, Tural Rəhimov, Asiman Abdurrəhmanov, Ramil Bilalov, Anar Əliyev və Ramil Bağırovdur.  KOmandaya rəhbərliyi isə baş məşqçi Allahverdi Zamanov edəcəck. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar