İspaniya-Azərbaycan: 6-1
13 İyun 2009 Şənbə 09:40
Çimərlik futbolu üzrə milli komandamız Dünya çempionatının seçmə mərhələsində İspaniya millisinə 1-6 hesabı ilə məğlub olub

Çimərlik futbol üzrə Azərbaycan milli komandası Dünya çempionatının seçmə oyunlarının ¼  final mərhələsində İspaniya millisi ilə qarşılaşıb. Əvvəldən də matçın favoriti sayılan meydan sahibi ispanlar oyunu 6-1 hesablı qələbə ilə başa vurublar. Milli komandamızın yeganə qoluna Hikmət Bağırov imza atıb. Bu məğlubiyyətə baxmayaraq millimiz Dünya çempionatının Dubayda keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq şansını saxlayır. Bunun üçün komandamız daha 2 oyunda qələbə qazanmalıdır. Emil Cabbarovun yetirmələri ilk olaraq italiyalı həmkarları ilə üz-üzə gələcəklə. Uğurlu nəticə müqabilində yığmamız Fransa Rumıniya cütlüyünün qalibi ilə  oynamaq şansı əldə edəcək. Dünya çempionatının Dubayda keçiriləcək final mərhələsinə sonuncu vəsiqəni də  elə bu matçın qalibi əldə edəcək. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar