İrəvandan xoş xəbər
11 Sentyabr 2009 Cümə 11:00
Cüdoçumuz ilk görüşünü qələbə ilə başa vurub
Bu gün İrəvanda gənclər arasında Avropa çempionatı start götürüb. Mübarizəyə başlayan cüdoçumuz Fəqan Eminoğlu (66 kq) ilk görüşündə estoniyalı Evert Roopsona qalib gələrək 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Ermənistana ezam olunmuş ANS TV-nin əməkdaşı Gündüz Abbaszadənin ANSPRESS-ə verdiyi məlumata görə, Fəqanın 1/8 finaldakı rəqibi monakolu Sedrik Bessi olacaq. Digər təmsilçilərimiz İlqar Muşkiyev (55 kq) və Rasim Əsədullayev (60 kq) birbaşa 1/8 final mərhələsindən mübarizəyə başlayacaqlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar