I divizionda XVIII turun oyunları keçirilib
09 Mart 2009 Bazar Ertəsi 12:20
"Anşad-Petrol" öz meydanında "Spartak"ı 5-0 hesabı ilə məğlub edib

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda XVIII turun oyunlarına yekun vurulub. Mingəçevirin "Energetik" klubu öz meydanında "ABN-Bərdə"yə məğlub olub 0-1. I divizionun lideri "Şahdağ" isə öz meydanında "Ədliyyə"dən üstün olub 3-2. Neftçalanın "Anşad-Petrol" klubu isə öz meydanında "Spartak"ı 5-0 hesabı ilə məğlubiyyətə uğradıb. Qazaxda "Qafqaz Universiteti"ni qəbul dən "Göyəzən" isə heç-heçə oynayıb 1-1. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar