Hovard Uebb Rusiya matçını idarə edəcək
24 Sentyabr 2009 Cümə Axşamı 11:05
38 yaşlı ingilis hakim ilk dəfə komandamızın oyununa təyinat alıb
2010-cu il Cənubi Afrikada keçiriləcək Dünya çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 14-də Azərbaycan-Rusiya matçı baş tutacaq. Azərbaycan-Rusiya matçını idarə edəcək hakim isə artıq bəlli olub. Bu, İngiltərə təmsilçisi Hovard Uebbdir. 38 yaşlı Hovard Uebb 2005-ci ildən beynəlxalq səviyyəli oyunları idarə edir. 2008-ci ildən isə o,Avropa çempionatının final mərhələ oyunlarına hakimlik edib. Hovard Uebb İngiltərənin ən perspektivli hakimlərindən sayılır. Baş hakim indiyədək komandamızın oyunlarında ədaləti təmsil etməyib. Qrupumuzun mərkəzi qarşılaşması olacaq Rusiya-Almaniya matçını isə isveçrəli Massimo Buzakka idarə edəcək. Massimo Buzakkanın 40 yaşı var. O, 1990-cı ildən hakimlik edir. Massimo Buzakka 1999-cu ildən FİFA referesidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar