Hokkeyçilərimizin Avropaya səfəri
26 May 2009 Çərşənbə Axşamı 16:10
«Atasport» Portuqaliyanın Lusado şəhərində «Çelenc 2» turnirində çıxış edəcək

 

Qadın otüstü hokkeyçilərimizdən sonra kişilərimiz də Avropaya səfər edib.

Portuqaliyanın Lusado şəhərinə yollanmış otüstü hokkeyçilərimiz «Çelenc 2» adı altında keçiriləcək turnirdə ölkəmizin idman şərəfini qoruyacaqlar.

Yarışda «Atasport» klubu «B» qrupunda mübarizə aparacaq. Həmyerlilərimiz Portuqaliyanın Lusado və Lamas komandaları ilə yanaşı Yunanıstanın Napayos klubu ilə də qalib adı uğrunda yarışacaq. May ayının 29-da start götürəcək turnir 4 gün davam edəcək. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar