Həndbolçularımız mübarizəni dayandırdı
13 Aprel 2009 Bazar Ertəsi 15:30
Komandamız seçmə mərhələnin son oyununda Norveç millisinə məğlub olub

Makedoniyada 19 yaşlı həndbolçu qızlar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. 7-ci seçmə qrupda mübarizə aparan Azərbaycan milli komandası növbəti mərhələyə yüksələ bilməyib. Milli komandamız qrupun sonuncu oyununda güclü Norveç millisi ilə qarşılaşıb. Qarşılaşma Norveç millisinin 55-22 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə Norveç yığması 7-ci qrupu lider kimi tamamlayaraq, Avropa çempionatının play-off mərhələsinə vəsiqəni təmin edib. Qrupda 2-ci yeri Makedoniya millisi tutub. Aktivində 2 xalı olan milli komandamız isə qrupu 3-cü pillədə tamamlayıb. İtaliyalı həndbolçular isə ən zəif göstərici ilə qrup sonuncusu olublar.
Qeyd edək ki, milli komandamız qrupda keçirdiyi ilk matçda Makedoniya millisinə 29-30 hesabı ilə məğlub olsa da, ikinci matçda İtaliya həndbolçularını 34-22 hesabı ilə məğlub edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar