Həndbolçularımız mötəbər yarışa hazırlaşır
17 Sentyabr 2009 Cümə Axşamı 16:45
İdmançılarımızın rəqibləri adlı-sanlı komandalar olacaq
Azərbaycanın qadın həndbolçulardan ibarət yığma komandasının Avropa çempionatının seçmə mərhələsində ilk rəqibi İsveç millisi olacaq. Qarşılaşma oktyabrın 15-də İsveçdə keçiriləcək. 3 gün sonra isə yığmamız Bakıda Macarıstan komandası ilə qarşılaşacaq.

Bundan sonra millimiz 2010-cu ilin martın 31-də Bakıda, aprelin 4-də səfərdə Çexiya yığması ilə üz-üzə gələcək. Mayın 27-də isə Azərbaycan həndbolçuları Bakıda İsveç komandasını qəbul edəcək.

Yığmamız son görüşünü mayın 30-da səfərdə Macarıstan kollektivinə qarşı keçirəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar