Hakan Şükür cəzalandırıldı
07 Mart 2009 Şənbə 12:50
Mübahisə etiyi qadını vurduğu iddiasıyla mühakimə olunan Türkiyə millisinin veteran futbolçusuna, 600 türk lirəsi cəzası verilib

Mübahisə etdiyi qadını vurduğu iddiasıyla mühakimə olunan Türkiyə millisinin və “Qalatasaray”ın veteran futbolçusu Hakan Şükürə 600 türk lirəsi (TL) pul cəzası verilib. "Milliyət" qəzetinin yazdığına görə İstanbulun Bakırköy 3-cü sülh cəza məhkəməsində keçirilən məhkəmədə, təqsirləndirilən Hakan Şükür və iddiaçı Sevinc Parlaq iştirak etməyib. Sevinc Parlağın vəkili Yusif Çiftçi, müdafiə etdiyi şəxsin Hakan Şükür tərəfindən döyüldüyünü deyərək, bunun ekspert rəyində də əks olunduğunu, Sevinc Parlağın öz-özünü döyməsinin mümkün olmadığını bildirib. Hakan Şükürün vəkili Özgür Şahin isə şahid ifadələrinin belə bir hadisənin olmadığını göstərdiyini, iddiaçı tərəfin ekspert rəyini hadisədən 24 saat sonra aldığını iddia edib.

Məhkəmə, Hakan Şükürün əməlində heç bir hədə-qorxu və təhqirlə bağlı sübut tapılmadığından onun barəsində bəraət qərarı çıxarıb, eyni zamanda qəsdən xəsarət yetirmə cinayəti ilə təqsirli bilərək, 12 günlük pul cəriməsi ödəməsi barədə qərar çıxarıb. H.Şükür günü 50 Türk Lirəsi olmaqla cəmi 600 Türk Lirəsi pul cəzası ödəməli olacaq./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar