Gürcüstan FİFA və UEFA-ya Rusiyadan şikayət edəcək
18 Avqust 2009 Çərşənbə Axşamı 19:15
Səbəb qondarma Cənubi Osetiya komandasının Rusiya çempionatında iştirak etməsidir

Gürcüstanın Futbol Federasiyası (GFF) FİFA və UEFA-ya Sxinvaliyə məxsus “Spartak” komandasının Rusiya çempionatında iştirakı ilə bağlı şikayət edəcək. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə GFF-nın vitse-prezidenti Uça Uqalava bildirib.

"FİFA və UEFA Cənubi Osetiya Futbol Federasiyasını tanımır və onu öz sıralarına daxil etməyə də hazırlaşmır. Bu mövqedən çıxış edərək Sxinvali komandası hətta üçüncü dəstədə olsa belə Rusiya çempionatında iştirak etmək hüququna malik deyil", - deyə o bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar