Güləşçimiz bürünc medal qazanıb
18 Aprel 2009 Şənbə 11:55
96 kq çəkidə yarışan Camaləddin Maqomedov Özbəkistanda keçirilən turniri 3-cü pillədə başa vurub

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Yunan-Roma və sərbəst güləş üzrə “Qızıl Qran-Pri” seriyasından olan beynəlxalq turnirdə sərbəst güləşçilərin mübarizəsinə start verilib. Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, sərbəst güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları bir medal qazanıb. 96 kq çəkidə yarışan Camaləddin Maqomedov “Qızıl Qran-Pri” turnirinin bürünc medalını qazanıb. Bu gün keçiriləcək görüşlərlə, “Qızıl Qran-Pri” turnirinə yekun vurulacaq.
Qeyd edək ki, “Qızıl Qran-Pri” turnirində iştirak edən Yunan-Roma güləşçilərimiz 3 medal qazanıblar. Sakit Cəlilov (60 kq) qızıl, Emin Əhmədov (66 kq) gümüş, Qadir Süleymanov (55 kq) isə bürünc medal qazanmışdı. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar