Güləşçilərimiz vətənə döndülər
10 Avqust 2009 Bazar Ertəsi 21:10
Güləşçilərimiz vətənə döndülər. Yığmanın baş məşqçisi nəticədən razı qaldığını bildirib.

 

Türkiyənin paytaxtında gənclər arasında keçirilən yunan-Roma və sərbəst güləş üzrə dünya çempionatına yekun vurulub. Yarışda çıxış edən sərbəst güləşçilərimiz 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb. Bu nəticə ilə yığmamız 53 xal toplayaraq 67 xal toplayan Rusiyadan sonra ikinci yeri tutub. Yunan-Roma güləşçiləri isə Rusiya və İrandan sonra üçüncü yeri tutublar.

Artıq güləşçilərimiz vətənə dönüblər.

Hava limanında güləşçilərimizi media nümayəndələri ilə yanaşı bir qrup azarkeş qarşılayıb. Jurnalistlərin suallarını cavablandıran sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Arif Abdullayev dünya çempionatındakı təəsüratlarından danışıb. Yetirmələrinə güvəndiyini söyləyən Arif Abdullayev nəticədən razı qaldığını bildirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar