Güləş üzrə Türkiyə milli komandasının üzvü qətlə yetirilib
15 May 2009 Cümə 16:10
Mustafa Gürsoy F.D adlı şəxs tərəfindən tapançayla vurulub

 

Güləş üzrə Türkiyə millli komandasının üzvü Mustafa Gürsoy tapançayla vurularaq öldürülüb. Türkiyə mətbuatının xəbərinə görə, Mustafa Gürsoyla F.D. adlı şəxs arasında yaranan mübahisə sonradan davaya çevrilib. Nəticədə  F.D, Mustafa Gürsoy və onun dostu Nazım İ.-yə tapançayla atəş açıb. Açılan atəş nəticəsində Mustafa Gürsoy ölüb, dostu Nazım İ. isə yaralanıb. Hadisəni törətdikən sonra avtomobilə minərək qaçdığı bildirilən F.D. və dostu E.S-nin Amasya şəhəri yaxınlığında tutulduğu bildirilir.

1973-cü ildə Ərzurumda dünyaya gələn Mustafa Gürsoy güləş üzrə Türkiyə milli komandasının tərkibində bir neçə beynəlxalq yarışda iştirak edib. Son illərdə kikboksla məşğul olan Gürsoy Tokat şəhərində keçirilən kikboks qala gecələrində döyüşlər keçirib. Mustafa Gürsoy həmçinin bəzi televiziya kanallarında kikboks qarşılaşmalarını şərh edib. Mustafa Gürsoy son dövrlərdə Tokat şəhərində ticarətlə də məşğul olurmuş. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar