Gimnastımız qızıl medal qazanıb
15 Sentyabr 2009 Çərşənbə Axşamı 23:35
Elvin Ağadadayev Minskdə keçirilən beynəlxalq turnirin qalibi olub
İdmançılarımız yenə də bayrağımızı yüksəyə qaldırıb. Budəfəki qalibiyyətin dadını gimnast Elvin Ağadadayev yaşadıb. E.Ağadadayev “Belaqroprombank” ASC-nin altıqat olimpiya çempionu Vitali Şerbonun şərəfinə Minskdə keçirdiyi ənənəvi beynəlxalq turnirdə iştirak edib.

İdmançılar 12 dəst medal uğrunda yarışıblar. 15 yaşlı Azərbaycan idmançısı yeniyetmələrin yarışında qızıl medal qazanıb.

Turnirdə Azərbaycanla yanaşı, Belarus, Rusiya, Ukrayna, Latviya, Litva, Polşa, İsveçrə, İsveç, Fransa, Kanada, Özbəkistan və İsrail gimnastları iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar