Gənc futbolçu dünyasını dəyişdi
19 Aprel 2014 Şənbə 03:38
Futbolçuya 2011-ci ildə xərçəng diaqnozu qoyulmuşdu.
İngiltərə Premyer Liqası komandalarından olan "Vest Hem Yunayted"in gənc oyunçusu dünyasını dəyişib.

ANS PRESS-in xəbərinə görə, "Vest Hem Yunayted"in 20 yaşlı hücumçusu Dilan Tombidesin xərçəng xəstəliyindən öldüyü bildirilib.

Gələcəyin parlaq futbolçusu olaraq söylənilən Tombides ilk dəfə 2012-ci ilin sentyabr ayında Premyer Liqa kuboku matçında "Vest Hem Yunayted" formasını geyinmişdi. O, eyni zamanda Avstraliyanın 17-21 yaşlılardan ibarət milli komandasının şərəfini qoruyrdu.

Qeyd edək ki, futbolçuya 2011-ci ildə xərçəng diaqnozu qoyulmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar