Futzalçılarımız Belarusa yola düşəcək
20 İyul 2009 Bazar Ertəsi 17:50
Minskdəki hazırlıq prosesi çərçivəsində yığmamız yoldaşlıq oyunları da keçirəcək

 

21 yaşlı futzalçılardan ibarət Azərbaycan yığma komandası təlim-məşq toplanışına start verir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi internet saytında verilən məlumata əsasən, gənclər iyulun 21-dən 23-dək Bakıda 3 günlük hazırlıq prosesi keçəcəklər. Təxminən 2 həftəlik fasilədən sonra futzalçılar növbəti dəfə bir araya gələcəklər. Onlar avqustun 7-8-i yenidən Bakıda, 9-dan 16-na kimi isə Belarusun Minsk şəhərində məşqlərini davam etdirəcəklər. Belarusdakı hazırlıq prosesi çərçivəsində yığmamız yoldaşlıq oyunları da keçirəcək.

Gəray Qiyasov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar