Futbolçularımız Avropa çempionatına qələbə ilə başlayıb
21 İyul 2009 Çərşənbə Axşamı 12:00
Həmyerlilərimiz Portuqaliya, İspaniya və Türkiyə kollektivləri ilə bir qrupda mübarizə aparır

 

Ali məktəb tələbələri arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə 2-ci Respublika çempionatının qalibi olmuş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Polşada təşkil olunan tələbələr arasında Avropa çempionatında iştirak edir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi internet saytında verilən məlumata əsasən, tələbələrimizin yarışda starı uğurlu alınıb. Portuqaliya, İspaniya və Türkiyə kollektivləri ilə bir qrupda mübarizə aparan həmyerlilərimizin ilk rəqibi portuqallar olub. İdman Akademiyasının futbolçuları rəqibini 2:1 hesabı ilə məğlub edərək Avropa çempionatına qələbə ilə başlayıblar.

Gəray Qiyasov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar