Futbolçularımız Almaniyaya yola düşürlər
16 Sentyabr 2009 Çərşənbə 10:50
Milli komanda Lixtenşteynlə oyuna bu ölkədə hazırlaşacaq
Futbol üzrə Azərbaycan yığma komandası Almaniyaya 0:4 hesabı ilə məğlubiyyətdən sonra növbəti oyununu oktyabrın 10-da səfərdə Lixtenşteynə qarşı keçirəcək. AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, futbolçularımız Lixtenşteynlə oyuna hazırlaşmaq üçün Almaniyaya yollanacaqlar. Futbolçularımız sentyabın 29-da təlim-məşq toplanışının keçiriləcəyi Frankfurt şəhərinə yola düşəcəklər. Almaniyadakı hazırlıqlar oktyabr ayının 6-dək davam edəcək.

Lixtenşteyn yığması milli komandamızla bir qrupda yer alıb. Lixtenşteyn futbolçuları son oyunda öz meydanlarında Finlandiya yığması ilə heç-heçə edərək komandamızı qrupun son pilləsinə yuvarlamışdı. Azərbaycan yığması qrup sonuncusu olmaq istəmirsə, Lixtenşteynə səfərdə mütləq qalib gəlməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar