Futbolçu xanımlarımız növbəti böyük hesablı qələbəni bayram edib
21 İyul 2009 Çərşənbə Axşamı 12:50
Həmyerlilərimiz bu dəfə Latviya yığma komandasının qapısından 8 cavabsız top keçirib

 

Futbol üzrə qadınlardan ibarət yığmamız növbəti yoxlama oyununu keçirib. ANS PRESS Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının internet saytına istinadən xəbər verir ki, həmyerlilərimiz Riqada yerli Latviya komandası ilə qüvvəsini sınayıb.

Zəriflərimiz bu dəfə də rəqibinin qapısından 8 cavabsız top keçirib.

Xatırladaq ki, qızlarımız bir həftə əvvəl Litvanın Şaulyay şəhərində “Gintra Universitetas” tərəfindən təşkil olunan beynəlxalq turnirdə yerli komandanın 19 yaşlılardan ibarət yığma komandasına da eyni aqibəti yaşadıb.

Gəray Qiyasov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar