Fərid Mansurov qayıdır
16 Sentyabr 2009 Çərşənbə 15:35
Güləşçi Yunan-Roma güləşi üzrə Dünya çempionatına yollanacaq
Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandası Danimarkada keçiriləcək Dünya çempionatına hazırlığını davam etdirir. Klassik güləşçilərimiz gürcü baş məşqçi Otar Tatşvilinin rəhbərliyi altında məşqlərini davam etdirirlər. Otar Tatşvili Dünya çempionatında Azərbaycanı təmsil edəcək heyəti artıq müəyyənləşdirib. Yarışlarda ölkəmizi ümumilikdə 6 güləşçi təmsil edəcək. Baş məşqçinin bildirdiyinə görə, 55 kq çəki dərəcəsində Rövşən Bayramov, 60 kq çəki dərəcəsində Vitali Rəhimov, 66 kq çəki dərəcəsində Olimpiya çempionu Fərid Mansurov mübarizə aparacaq. 74 kq-lı güləşçilərin mübarizəsində Rafiq Hüseynov, 84 kq-da Şalva Qadabadze mübarizə aparacaqlar. 96 kq çəki dərəcəsində Denis Mişin ölkəmizi təmsil edəcək.
Yunan-Roma güləşçiləri Dünya çempionatının keçiriləcəyi Danimarkanın Hernink şəhərinə sentyabrın 22-də yola düşəcəklər. Dünya çempionatı 3 gün davam edəcək və sentyabrın 27-də başa çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar