Əyləncəli Futbol Məktəbi fəaliyyətə başladı
11 Avqust 2009 Çərşənbə Axşamı 14:50
Əyləncəli Futbol Məktəbi fəaliyyətə başladı. Bölgələrdə belə layihələrin sayı 6-ya çatdı.

 

Azərbaycanda Açıq Əyləncəli Futbol Məktəbi fəaliyyətə başlayıb. “ANS PRESS”in “Affa.az”-a istinadən verdiyi xəbərə görə, Ağstafa rayonunda məktəbin təntənəli açılış mərasimi olub.

“ANS PRESS”-in “Affa.az”a istinadən verdiyi xəbərə görə, mərasimdə Açıq Əyləncəli Futbol Məktəbinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev, Açıq Əyləncəli Futbol Məktəbinin Cənubi Qafqaz üzrə və Moldova üzrə koordinator Valeri Çolariya, Azərbaycan üzrə koordinator Kərim Ağayev və Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov da iştirak edib.

Qeyd edək ki, tədbirdə 200 uşaq, 12 məşqçi və 2 rəhbər də qatılıb. Ağstafadan başqa, Gəncə, Mingəçevir, Sumqayıt, Ağcabədi və Qax rayonunda da belə layihələr fəaliyyətə başlayıb.

Layihə çərçivəsində fəaliyyət göstərən məşqçi və rəhbərlər Gürcüstanın Çakva şəhərində və Oğuz rayonunda təşkil olunmuş seminarlarda iştirak ediblər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar