Elmar Qasımova 50 min manat verildi
17 Sentyabr 2009 Cümə Axşamı 11:50
İrəvanda iştirak edən idmançı və məşqçilər mükafatlandırıldılar
Bu gün Ermənistanda keçirilən Cüdo üzrə Avropa Çempionatında Azərbaycana 5 medal qazandıran idmançılar mükafatlandırılıb. ANS PRESS-in məlumatına görə, İrəvanda qızıl medal qazanan cüdocu Elmar Qasımov 50 min manat, məşqçisi Əli Dərvişov 12 min 500 manat, gümüş medalın sahibi İlqar Müşkiyev 40 min manat, məşqçisi Tərlan Həsənov 10 min manat, bürünc medal sahibləri Rasim Əsədullayev 30 min manat, məşqçisi Rəşad Məmmədov 7 min 500, Fəqan Eminoğlu 30 min manat, məşqçisi Ceyhun Əliyev 7 min 500, Ramin Qurbanov 30 min manat, məşqçisi Əli Dərvişov 7 min 500 manat dəyərində pul ilə mükafatlandırılıblar.

Komandanın baş məşqçisi Ağayar Axundzadə, məşqçisi Fərhad Məmmədov, seçmə komandanın məqçisi Azər Şıxəliyevə isə 11 min manat verilib.

Mükafatlandırılanlar arasında həkim Kamil İsgəndərov və beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov da olub.

Milli Olimpiya komitəsi tərəfindən təsis edilən mükafatları idmançılara Cüdo Federasiyasının prezidenti, Əmək və sosial müdafiə naziri Füzuli Ələkbərov təqdim edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar