Əli İsmayılov Dünya çempionu titulu uğrunda döyüşə çıxacaq
16 May 2009 Şənbə 09:10
WBO versiyası üzrə keçiriləcək yarışda boksçumuzun rəqibi argentinalı Viktor Emilio Ramires olacaq

 

Peşəkar boksçumuz Əli İsmayılov bu gün WBO versiyası üzrə Dünya çempionu titulu uğrunda döyüşə çıxacaq. Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək döyüşdə ağırlığı 91 kq-dək olan boksçumuzun tərəf müqavili çempion titulunu qoruyub saxlamaq üçün rinqə çıxacaq yerli boksçu Viktor Emilio Ramires olacaq. Artıq boksçular döyüşün keçiriləcəyi Luna Parkda təşkil olunmuş mətbuat konfransında göz-gözə gəliblər. Vətəni Argentinada “Tayson” ləqəbi ilə tanınan perspektivli cənubi amerikalı boksçu Əli ilə döyüşün 6-cı raundda başa çatacağını deyib. Qələbəyə iddialı Əli İsmayılov rusiyalı həmkarı Aleksandr Alekseyevin əldən verdiyi kəmərə sahib olacağına əmindir.

Xatırladaq ki, gənc Ramires peşəkar rinqdə keçirdiyi 15 döyüşdən 14-də qələbə qazanıb. Əli İsmayılovun isə aktivində 15 qələbə, 1 heç-heçə və passivində cəmi 1 məğlubiyyət var. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar