Elano rəsmən Qalatasarayda
01 Avqust 2009 Şənbə 19:55
Elano rəsmən Qalatasaraylı olub. Braziliyalı futbolçu “aslanlar”la 4 illik müqaviləyə imza atıb.

“Qalatasaray” İngiltərənin “Mançester Citi” klubundan transfer etdiyi braziliyalı futbolçu Elano Blumerlə 4 illik müqavilə imzalayıb. ANS PRESS “İHA”ya istinadən verdiyi xəbərər görə, imzalanma mərasimində danışan "Qalatasaray" rəsmisi Halidin Üstünel "Elano Qalatasarayın adı və böyüklüyü üçün bura gəldi" deyib.
Braziliyalı futbolçu isə öz növbəsində "Qalatasaray"a gəlməyində Halidin Üstünelin böyük xidmətinin olduğunu vurğulayıb: “Qalatasarayın böyüklüyü məni bura gətirdi. Şübhəsiz ki, müəllimim Rijkaardın da transferimdə əməyi var”. Elano yeni klubunun çox keşmiş bir tarixə malik olduğunu da qeyd edib. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar