Cüdoçumuz Dünya Çempionatına uğurla başlayıb
26 Avqust 2009 Çərşənbə 15:20
Mübarizə başlayan ilk idmançımız 1/8 finala yüksəlib
Azərbaycan cüdoçusu Sərxan Əhmədov Hollandiyanın şəhərində Rotterdamda təşkil olunan Dünya Çempionatında uğurlu startla yadda qalıb. İlk döyüşdə ekvadorlu Robert İbaneslə qarşılaşan həmyerlimiz rəqibi üzərində qələbə qazanıb. Sərxan Əhmədov növbəti rəqibi kanadalı Mişel Popyeli də, məğlubiyyətə uğradıb. 1/8 finala yüksələn Sərxan Əhmədovun bu mərhələdə rəqibi rusiyalı Alim Qadanov olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar