Cüdoçumuz 8-ci yerdə qərarlaşıb
09 Sentyabr 2009 Çərşənbə 15:50
Beynəlxalq Cüdo Federasiyası növbəti reytinqi açıqlayıb
Beynəlxalq Cüdo Federasiyası cüdoçuların avqust ayı üçün növbəti reytinqini açıqlayıb. Azərbaycan idmançıları arasında ən yaxşı göstərici Elxan Məmmədova (90 kq) məxsusdur.

Elxan Məmmədov öz çəki dərəcəsində 8-ci yerdə qərarlaşıb. Hollandiyanın Rotterdam şəhərində keçirilmiş sonuncu Dünya çempionatında qazandığı bürünc medal sayəsində Kifayət Qasımova (57 kq) 200 xal qazanaraq 14-cü pilləyə yüksəlib.

Dünya çempionatının beşincisi Elmar Qasımov (100 kq) isə reytinqdə 19-cu yerdədir.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar