Cüdoçularımız İrəvanda 3 ulduzlu otelə yerləşdiriliblər
09 Sentyabr 2009 Çərşənbə 11:05
Nümayəndələrimiz Ermənistanın təhlükəsizlik xidməti əməkdaşları tərəfindən qorunurlar
Gənc cüdoçulardan ibarət Azərbaycan yığma komandası artıq Ermənistanın paytaxtı İrəvandadır. ANS TV-nin İrəvana ezam olunmuş əməkdaşı Gündüz Abbaszadənin verdiyi məlumata görə, 5 idmançının yer aldığı Azərbaycan nümayəndə heyəti 3 ulduzlu Gongress otelində məskunlaşıb. Azərbaycanlı nümayəndələr Ermənistanın təhlükəsizlik xidməti əməkdaşları tərəfindən qorunurlar.

Cüdoçularımız bu gün yarışın keçiriləcəyi arenada məşq edəcəklər. Sentyabrın 10-da isə gənclər arasında Avropa çempionatının püşkü atılacaq. Həmin gün idmançılarımızın ilkin rəqibləri müəyyən olacaq.

Qeyd edək ki, daha əvvəldən Azərbaycan komandası ilə birlikdə Türkiyə və İsrail yiğmalarının eyni oteldə qalacağı bildirilmişdi. İsrail cüdoçuları artiq İrəvandadırlar. Türkiyə komandası isə Ermənistana bu gün gələcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar