Cüdoçularımız 3 medal qazanıb
01 İyun 2009 Bazar Ertəsi 17:15
Cüdoçularımız komanda hesabında 48 ölkə arasında 19-cu olublar

 

Almaniyanın Sindelfingen şəhərində usta cüdoçuların növbəti Dünya çempionatı başa çatıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda iştirak edən veteran idmançılarımız 3 medal qazanıblar.

90 kq çəki dərəcəsində mübarizə aparan Fərhad Rəcəbli keçirdiyi bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zülfiyyə Hüseynova (-70 kq) gümüş, Azər Əsgərov (-100 kq) isə Dünya çempionatının bürünc medalını qazanıb. Digər cüdoçularımız Rəsul Sultanov (-100 kq) 5-ci, Elçin İsmayılov isə yarışı 7-ci pillədə başa vurub.  

Bu nəticə ilə Azərbaycan cüdoçuları komanda hesabında 48 ölkə arasında 19-cu olublar. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar