Cüdo üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu
11 May 2009 Bazar Ertəsi 09:20
Cüdoçularımız Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq Bakı turnirində 10 qızıl, 16 gümüş və 21 bürünc medal qazanıblar

 

Bakıda 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir başa çatıb. ABU Arenada bir araya gələn yeniyetmə cüdoçular turnirin son yarış günü həm qızlar, həm də oğlanlar arasında 5 çəki dərəcəsində xatirə turnirinin qaliblərini müəyyən ediblər. Çəkisi 52 və 63 kq-dək olan cüdoçuların yarışında qadın çücoçularımızdan Nəzakət Xəlilova və Günay Əliməmmədli qələbə qazanıb. 57, 70 və 70 kq-dan yuxarı çəki dərəcələrində isə Gürcüstan cüdoçularından Şotho Beridze, Tioma Şokitaşvili və Yelena Kexadze qələbə qazanıblar.

Cüdoçu oğlanların turnirində də son yarış günü gəlmələrin uğurlu çıxışları ilə əlamətdar olub. 66, 73 və 81 kq çəki dərəcələrində Rusiya cüdoçuları İslam Əliyev, Kamil Qadciyev və Maqomedramin Qazoyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ağırlığı 90 kq-dək olan cüdoçuların yarışında həmyerlimiz Cümşüd Qasımlı qalib gəlib. 90 kq-dan ağır cüdoçuların mübarizəsində isə gürcü Georgi Uxadze hamıdan güclü olub. Ümumi hesabda aktivində 10 qızıl, 16 gümüş və 21 bürünc medalı olan Azərbaycan komandası Bakı turnirinin qalibi olub. Gürcüstan komandası ikinci, Rusiya millisi isə üçüncü yeri tutub. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar