Bülənt Qorxmaz rəsmən “Bakı”da
29 Sentyabr 2009 Çərşənbə Axşamı 18:05
Məşqçi klubla 1 illik müqavilə imzalayıb
Türkiyəli futbol mütəxəssisi Bülənt Qorxmaz “Bakı” futbol klubu ilə rəsmi müqaviləyə imza atıb. “Meridian” otelində keçirilən mərasimdə məşqçi “Bakı” futbol klubu ilə 1 illik müqavilə imzalayıb. Mərasimdə Bülənt Qorxmazla yanaşı “Bakı”nın baş meneceri Zeynal Məmmədov da iştirak edib.

Zeynal Məmmədov “Bakı” futbol klubunun bu mövsümdə Bülənt Qorxmazın rəhbərliyi altında yüksək nəticələr əldə edəcəyi təqdirdə müqavilənin müddətinin artırılacağını istisna etməyib.

Öz növbəsində Bülənt Qorxmaz Azərbaycan futbolunun inkişaf yolunda olduğunu və bu inkişafda özünün də əməyinin olmasını istədiyini bildirib. Bülənt Qorxmaz “Bakı” futbol klubuna transfer olunacaq futbolçular haqqında danışmağın hələ tez olduğunu deyib.

Bülənt Qorxmazın yeni klubunda baş məşqçi kimi ilk işi “Bakı”nı Antalyaya təlim-məşq toplanışına aparmaq olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar