Bülənt Qorxmaz “Bakı” ilə ilk məşqinə çıxdı
30 Sentyabr 2009 Çərşənbə 16:15
Türkiyəli futbol mütəxəssisi oyunçuların topla hərəkətinə daha çox diqqət yetirib
Dünən axşam saatlarında “Bakı” ilə rəsmi müqavilə imzalayaraq klubun baş məşqçisi təyin olunan türkiyəli futbol mütəxəssisi Bülənt Qorxmaz bu gün komandanı ilk məşqə çıxarıb. “Bakı” futbol klubunun mətbuat xidmətindən verilən məlumata görə, səhər saatlarında futbolçuları Tofiq Bəhrəmov adına Respublika stadionunda məşqə çıxaran Bülənt Qorxmaz topla hərəkətlərə daha çox üstünlük verib. Bülənt Qorxmaz futbolçuların hazırkı fiziki durumundan və hazırlıqlarından razı qalıb. “Bakı” futbol klubunun növbəti məşq prosesi bu gün saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar