Bu gün cüdo birinciliyi start götürür.
11 Mart 2009 Çərşənbə 10:20
Bu gün gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürür. Yarışda respublikanın müxtəlif şəhər və rayonlarından 400-ə yaxın cüdoçu mübarizə aparacaq

 

Bu gün gənc oğlan və qızlar arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkə biriniciliyində respublikanın müxtəlif şəhər və rayonlarından 400-ə yaxın cüdoçu mübarizə aparacaq. Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun idman zalında keçiriləcək yarışda oğlanlar arasında 55, 60, 66, 73, 81 kq, -90 kq, -100 kq, +100 kq, qızlar arasında isə 44, 48, 52, 57, 63, 70,78,+78 kq çəki dərəcələrində yarışlar keçiriləcək. Cüdo üzrə Azərbaycan birinciliyinə matın 13-də yekun vurulacaq.

Elvin Rəsul/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar