Braziliya Konfederasiya Kubokunun qalibi olub
29 İyun 2009 Bazar Ertəsi 02:30
ABŞ millisi ilk yarıda iki top fərqi ilə irəlidə olsa da, braziliyalılar nəticəni dəyişə biliblər

Futbol üzrə Braziliya yığma komandası CAR-da keçirilən Konfederasiya Kubokunun qalibi olub. Turnirin finalında braziliyalılar ABŞ millisi üzərində 3:2 hesabı ilə qələbə qazanıblar.
İlk yarım saat ərzində ABŞ millisi Klinto Dempsi (10-cu dəqiqə) və Lendon Donovanın (27-ci dəqiqə) qolları ilə hesabda 2:0 irəli çıxıb. Lakin ikinci hissənin əvvəlində Luis Fabiano (46-cı dəqilə) hesab arasındakı fərqi azaldıb, ardınca isə dublla (74-cü dəqiqə) hesabı bərabərləşdirib. Braziliyalıların qələbə topunu 84-cü dəqiqədə Lusio vurub.
Beləliklə, dünya çempionatlarına bir il qalmış keçirilən Konfederasiyalar Kubokunda Braziliya millisi sayca üçüncü dəfə qalib olub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar