Boksçumuz bu gün final döyüşünə çıxacaq
19 Aprel 2009 Bazar 11:45
İsmət Eynullayev “Ahmet Cömert” XXIV beynəlxalq boks turnirinin finalında Kuba boksçusu İdil Lealla qarşılaşacaq

Türkiyənin İstanbul şəhərində keçirilən “Ahmet Cömert”  XXIV beynəlxalq boks turnirində bu gün final görüşləri baş tutacaq. Azərbaycan boksçularından finalda yalnız İsmət Eynullayev (60 kq) mübarizə aparacaq. Final döyüşündə boksçumuzun rəqibi Kuba boksçusu İdil Leal olacaq.

Azərbaycan boksçuları “Ahmet Cömert” turnirində artıq 1 bürünc medal qazanıb. Yarımfinalda Türkiyə boksçusu Onur Şipala məğlub olan Ramal Amanov (64 kq) turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, Azərbaycan “Ahmet Cömert” turnirində 6 kişi 1 qadın olmaqla 7 boksçu ilə təmsil olunur. Digər 5 boksçumuz mübarizəni daha erkən dayandırıb. 26 ölkədən 297 boksçunun iştirak etdiyi “Ahmet Cömert” beynəlxalq boks turnirinə bu gün keçiriləcək final qarşılaşmaları ilə yekun vurulacaq.

Elvin Rəsul /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar