Boks üzrə dünya çempionu güllələnib
27 İyul 2009 Bazar Ertəsi 09:40
Vernon Forresti soymaq istəyən qarətçilər öldürüb

 

ABŞ-ın Corciya ştatında orta çəki dərəcəsində boks üzrə dünya çempionu Vernon Forrest güllələnib. 38 yaşlı idmançını qarətçilər öldürüblər. "Associated Press"in məlumatına görə, hadisə ötən şənbə günü baş verib. Belə ki, 38 yaşlı çempion axşam saatlarında avtomobilinin boşalmış təkərini doldurmaq üçün maşından enib.

Bu vaxt ona yaxınlaşan qarətçi Forrestdən pul kisəsini tələb edib. Kisəni qarətçiyə verməyən idmançı onu qovub. Bir müddət hadisə yerindən uzaqlaşan şəxs sonradan maşınını yanına qayıdan idmançını kürəyindən və başından güllələyib. Forrest aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Xatırladaq ki, Forrest 1992-ci ildə peşəkar boks karyerasına başlayıb və rinqdə 45 döyüş keçirib. WBC versiyası üzrə orta çəki dərəcəsində dünya çempionu bu ilin yazında aldığı xəsarət nəticəsində böyük idmanı tərk edib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar