Bodibildinqçilərimiz Qafqaz Kubokunun qalibi olub
04 İyun 2009 Cümə Axşamı 11:40
Gürcüstanda keçirilmiş yarışda idmançılarımız 4 qızıl medal qazanıblar

Gürcüstanın Rustavi şəhərində keçirilən bodibildinq üzrə Qafqaz Kuboku yarışları başa çatıb. AzərTAc-ın məlumatına görə, ölkəmiz yarışda 4 idmançı ilə təmsil olunub və bütün idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamıza qızıl medalları Fərhad Quliyev (70 kq), Yalçın Məmmədov (80 kq), Rövşən Quliyev (90 kq) və Vüqar Verdiyev (+90 kq) qazandırıb.
Qeyd edək ki, yarışın yekununa əsasən Gürcüstan idmançıları ikinci, Ermənistan bodbildinqçiləri isə üçüncü olub. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar