Berti Foqts jurnalistləri Azərbaycan dilində salamladı
11 Avqust 2009 Çərşənbə Axşamı 14:20
Yığmamızın baş məşqçisi Almaniya ilə oyunda sürprizin olacağını istisna etmədi

 

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib. “ANS PRESS”in “Affa. az”a istinadən yaydığı məlumata görə, jurnalistləri “Salam-əleyküm” deyərək salamlayan Berti Foqts sabah Almaniya futbolçuları ilə keçirəcəkləri oyun haqqında danışıb.

O bildirib ki, havanın yağmurlu olması onları narahat edir: "Ümid edirəm ki, sabaha qədər hava düzələcək" deyə Foqts söyləyib.

Baş məşqçi “Bakı” və “Qarabağ”ın Avro kuboklardakı oyunlarına da münasibət bildirib: ”Qarabağ”ın mərhələ keçməsinə görə hamı kimi mən də sevinirəm. Ancaq unutmayaq ki, sabahkı rəqibimiz daha ciddi Almaniya yığmasıdır. Sabahkı qarşılaşmada sürprizin olacağı isə mümkündür” /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar