Bədii gimnastika üzrə Bakı birincliyi start götürüb
06 İyun 2009 Şənbə 09:15
Paytaxtın 6 cəmiyyətinin gimnastları 5 yaş qrupunda birinciliyin qalibini müəyyən edəcəklər

Bakı Olimpiya Kompleksində yeniyetmə bədii gimnastlar arasında paytaxt birinciliyi start götürüb. Bakının 6 cəmiyyətinin gimnastları 5 yaş qrupunda birinciliyin qalib və mükafatçılarını müəyyən edəcəklər. Paytaxt birinciliyində Gəncə gimnastları da müsabiqədən kənar çıxış edirlər.
Birinciliyin ilk yarış günü xalça üzərində 8-9, 10 və 11 yaşlı gimnastlar bacarığlarını göstəriblər. Ən kiçik yaş qrupunda alətsiz və iplə hərəkətləri hamıdan dəqiq Respublika Kompleks İdman Məktəbinin yetirməsi Jalə Piriyeva yerinə yetirib. 10 yaşlı bədii gimnastlar da alətsiz və iplə hərəkətlərdə Bakı birincisini müəyyən ediblər. Bu yaş qrupunda Həmkarlar İttifaqı cəmiyyətinin gimnastı Cənnət Məmmədova qələbə qazanıb. 11 yaşlı gimnastlar isə alətsiz, iplə və halqa ilə hərəkətlərdə öz bacarıqlarını nümyaiş etdiriblər. Bu yaş qrupunda Respublika Kompleks İdman Məktəbinin yetirməsi Gülsüm Şəfizadə birinci olub. Bu gün daha 2 yaş qrupunda Bakı birinciliyinin mükafatçıları məlum olacaq. 12-13 və 14-16 yaşlı bədii gimnastlar ip, halqa, top və gürzlə hərəkətlərin cəmində ən güclüləri müəyyən edəcəklər. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar