“Bavariya” dördüncü divizyon klubuna “10 bal” verdi
22 İyul 2009 Çərşənbə 11:15
Bu qollardan 9-u son yarım saatda vurulub

 

Yeni mövsümə hazırlıqlarını davam etdirən Almaniyanın “Bavariya” futbol klubu növbəti yoxlama oyununu keçirib. Münhenlilərin rəqibi dördüncü divizion təmsilçisi “Ştuttqarter Kikkers” klubu olub. Səfərdə keçirdiyi matçda rəqib qapısından 10 cavabsız top keçirən Almaniya rekordçusu, bu qollardan 9-nu son yarım saatda vurub. “Gatsi-Stadion”una toplaşan 11 minə yaxın azarkeş yeni simalar, İvitsa Oliçin het-trikinə və Mario Gomesin dubluna şahidlik edib. Bundan başqa “Bavariya”nın gənc hücumçusu Tomas Müller də het-triklə yadda qalıb. Türk Həmit Altınpotla Andrea Görlits isə hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, Almaniya nəhəngi bu matçda müxtəlif səbəblərdən Frank Riberi, Luca Toni, Miroslav Kloze, Anatoli Timoşşuk, Edson Braafhayd, Daniel Van Buyten və Bastian Şvaynştayqer kimi əsas oyunçularının xidmətindən yararlana bilməyib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar