"Bakı" yenidən liderliyə yüksəldi
07 Mart 2009 Şənbə 19:05
Premyer Liqanın XVII turu çərçivəsində keçirilən qarşılaşma paytaxt klubunun 2-0 hesablı qələbəsi ilə başa çatıb

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində bu gün keçirilməli olan bütün qarşılaşmalar artıq başa çatıb. Günün son matçı "Bakı"yla "Qarabağ" arasında keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma paytaxt klubunun 2-0 hesablı qələbəsi ilə başa çatıb. "Bakı"ya qələbə qazandıran qolları 66-cı dəqiqədə Amiran Mucuri, 85-ci dəqiqədə isə Roşa Baptista "Qarabağ"ın qapısından keçirib. Bu qələbədən sonra xalını 41-ə çatdıran "Bakı" yenidən liderliyə yüksəlib. Premyer Liqanın XVII turu çərçivəsində daha 3 qarşılaşma isə sabah keçiriləcək.


8 mart (bazar)

"Muğan" - "Xəzər-Lənkəran"
Başlanma saatı: 15.00
Stadion: Salyan Olimpiya İdman Kompleksinin stadionu
Hakim: Anar Salmanov

"Simurq" - "Neftçi"
Başlanma saatı: 18.00
Stadion: Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
Hakim: Azad Mütəllimov

"Standard" - "Karvan"
Başlanma saatı: 18.00
Stadion: "Şəfa" stadionu
Hakim: Rövşən Əhmədov

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar