“Bakı” və “Qarabağ”-ın oyunları təxirə salındı
18 Avqust 2009 Çərşənbə Axşamı 12:10
Azərbaycan Premyer Liqasının II tur matçlarının başlama vaxtı məlum olub

 

Futbol üzrə XVIII Azərbaycan Premyer Liqasında II turun oyunlarının başlama saatı məlum olub. Avqustun 21-də, saat 19:00-da baş tutacaq II turun açılış oyununda “Xəzər-Lənkəran” “İnter”-i qəbul edəcək.

Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, II turun digər qarşılaşmaları 22 avqust saat 18:00-da “Neftçi”- “Turan”, 20:00-da baş tutacaq “Simurq”- “Muğan” matçlarıdır.

Bazar günü 18:00-da “Karvan”- “Olimpik-Şüvəlan” oyunu ilə tura yekun vurulacaq. II tur çərçivəsində keçirilməli olan “Bakı” -“Standard” və “Qarabağ” - “Qəbələ” oyunları “Bakı” və “Qarabağ” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsində iştirak etməsi səbəbindən təxirə salınıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar