“Bakı” “Levski” səddini aşa bilmədi
06 Avqust 2009 Cümə Axşamı 00:55
Bolqarıstanın “Levski” komandası öz meydanında “Bakı” klubunu məğlub edib

Bu gün UEFA Çempionlar  Liqasının III təsnifat mərhələsinin cavab oyununu çərçivəsində Azərbaycanın “Bakı” klubu Bolqarıstanın “Levski” klubunun qonağı olub. Oyunun ilk dəqiqələri meydan sahiblərinin açıq-aşkar üstünlüyü şəraitində keçib. Qarşılaşmada ilk yarı 0-0 hesabla bərabərə başa çatıb. İkinci yarının 19-cu dəqiqəsində qarşılaşmanın ilk qolu qeydə alınıb. Rəqib komandanın oyunçusu Xristo Yovovun 64-cü dəqiqədə vurduğu dəqiq zərbə qol ilə nəticələndi. 1-0. Qarşılaşmanın növbəti qolu da ev sahiblərindən gəldi. Rəqib komandadan Georgi Xristovun 80-ci dəqiqədə vurduğu zərbə “Bakı”nın qapısına yol tapdı. 2-0. oyun elə bu hesabla da başa çatdı. “Bakı” – “Levski” 0-2.  /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar