Bakı klubunun oyunçusu polisi təhqir edib
19 Aprel 2009 Bazar 11:25
Xalidu Sissoko "Xəzər-Lənkəran"-"Bakı" matçından sonra meydanın kənarında dayanmış polisin üzünə tüpürüb

 

Bu gün “Xəzər-Lənkəran” - “Bakı” oyunu başa çatdıqdan sonra meydanda qalmaqal yaşanıb. Qol.Az-ın məlumatına görə, matç başa çatdıqdan sonra “Bakı”nın seneqallı qapıçısı Xalidu Sissoko meydanın kənarında dayanmış polisin üzünə tüpürüb. Seneqallı qapıçının bu hərəkəti oyunu tribunadan izləyən “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovu özündən çıxarıb. Dərhal hadisə yerinə gələn M. Mənsimov Sissokonun polisdən üzr istəməsini tələb edib. Az sonra Sissoko polisdən üzr istəyib. “Bakı” klubunun rəsmiləri də baş vermiş hadisəyə görə meydan sahiblərindən üzrxahlıq ediblər.
Xatırladaq ki, Sissoko birinci dəfə deyil ki, Lənkəran stadionunda qalmaqal yaradır. 3 il əvvəl də seneqallı qapıçı yerli azarkeşlərə qeyri-etik jestlər göstərdiyinə görə cəzalandırılmışdı.

Qeyd edək ki, "Bakı" matçda 3-0 hesabla məğlub olub./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar