Bakı klubunun heyətində 3 yeni futbolçu
11 İyun 2009 Cümə Axşamı 17:20
Premyer Liqanın qalibi "Bakı" klubu məşqlərini bərpa edib, komandanın düşərgəsinə yeni legioner futbolçlar da təşrif buyurub

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2008/09 mövsümünün çempionu "Bakı" klubu iyunun 10-dan etibarən məşqlərini bərpa edib. Klubun rəsmi saytının xəbərinə görə, Çempionlar Liqasında hazırlaşan "Bakı"nın düşərgəsində 3 yeni futbolçu var.

Bu futbolçulardan ikisi qonşu Gürcüstandan gəlib. Daha bir oyunçu isə braziliyalıdır. Legioner futbolçular komandanın bu gün "Ədliyyə" stadionunda keçiriləcək məşqində iştirak edəcəklər. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar