"Bakı" bu gün yenidən "Levski" ilə qarşılaşacaq
05 Avqust 2009 Çərşənbə 10:30
Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq

 

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Bakı" klubu 3-cü təsnifat mərhələsinin cavab matçında bu gün Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək.

Sofiyada keçiriləcək oyunun baş hakimi isveçli Stefan Yohanesson olacaq. Ona həmyerliləri Stefan Vitberq və Maqnus Syombl kömək edəcəklər.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun iyulun 28-də olub.  Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş ilk matçda hesab açılmamışdı, 0-0

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar