"Bakı" bir gün lider qala bildi
12 Aprel 2009 Bazar 18:05
MOİK-i məğlub edən "İnter" xalını 52-ə çatdıraraq yenidən liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində bu gün keçirilməli olan 4 qarşılaşamdan 3-ü artıq başa çatıb. MOİK-in qonağı olan "İnter" 3-0 hesablı qələbə qazanaraq 1 günlük aradan sonra yenidən liderliyə yükəslib. 52 xala sahib olan paytaxt təmsilçisi 2-ci sırada qərarlaşan "Bakı"nı 2 xal qabaqlayır. Günün digər 2 qarşılaşması bölgələrdə keçirilib. "Turan" öz meydanında "Karvan"ı 4-0 hesabı ilə məğlub edib. Tovuz təmsilçisi xalını 11-ə yüksəldərək turnir cədvəlində 12-ci pilləyə çıxıb. Qəbələdə keçirilən "Qəbələ"-"Olmpik" qarşılaşması isə 1-1 hesabı ilə heç-heçə başa çatıb. Premyer Liqanın XXI turuna bu gün keçiriləcək "Neftçi"-"Xəzər-Lənkəran" matçı ilə yekun vurulacaq. Bu qarşılaşma saat 19.00-da başlayacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar