“Bakı”- “Bazel” oyununun başlama vaxtı dəqiqləşdi
11 Avqust 2009 Çərşənbə Axşamı 16:10
“Bakı”- “Bazel" matçı avqustun 20-si saat 20:00-da başlayacaq

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 20-də Bakının eyniadlı komandası və İsveçrənin “Bazel” klubu arasında keçiriləcək oyunun başlama vaxtı müəyyənləşib. “ANS PRESS”-in “Affa.az”a istinadən verdiyi xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunda oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 27-də İsveçrədə baş tutacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar