Azərbaycan-Rusiya matçının vaxtı məlumdur
19 Avqust 2009 Çərşənbə 12:45
Azərbaycan-Rusiya matçının vaxtı məlumdur. Qarşılaşma oktyabrın 10-u saat 21:00-da baş tutacaq.

 

Futbol üzrə 2010-cu il Dünya Çempionatının seçmə oyunları çərçivəsində Azərbaycan və Rusiya yığma komandaları arasında oktyabrın 10-da baş tutacaq matçın vaxtı dəqiqləşib. AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, oyun Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Azərbaycan milli komandasının Rusiya ilə səfərdə keçirdiyi ilk qarşılaşma 2-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar